Vətəndaşların milyonlarla manat dəyərində məhsulunu alıb pullarını vermədilər
Kənd təsərrüfatı məhsullarını Rusiyaya aparmaq adı ilə vətəndaşı aldadaraq pulunu ələ keçirməkdə ittiham olunan Elnur Haxtari, Kamal Həsənov və Ələkbər Quliyevin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən yekun prosesdə hökm elan edilib və Elnur Haxtari 8 il 8 ay il, Kamal Həsənov 11 il, Ələkbər Quliyevin 2 il sınaq müddəti olmaqla 5 il şərti azadlıqdan məhrum ediliblər.
Xatırladaq ki, təqsirləndirilən şəxslər Daxili İşlər Nazirliyin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən məsuliyyətə cəlb olunublar.
Cinayət işi üzrə üç nəfər zərərçəkmiş qismində tanınıb. Onların iş adamı olduqları bildirilir.
Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq), 178.3.2 (külli miqdarda dələduzluq), 213.1 (xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddələri ilə ittiham irəli sürülüb.
Onu da qeyd edək ki, zərərçəkənlərə dəymiş ümumi ziyanın məbləği 3 milyon manatdır.
Təqsirləndirilənlər istintaq müddətində zərərçəkənlərə dəyən ziyanın bir qismini ödəyiblər.
Oxşar xəbərlər
Ukraynada azərbaycanlı tələbə dron hücumu nəticəsində yaralandı
Ukraynada təhsil alan azərbaycanlı tələbə Rusiyanın dron hücumu nəticəsində xəsarət alıb. BAKU.WS Manset.az-a istinadən xəbər verir ki, Ukraynada dənizçilik ixt...