Vətəndaşların əmək hüquqlarının pozan şirkətlər 62 min manat cərimələnib

Vətəndaşların əmək hüquqlarının pozan şirkətlər ümumilikdə 62 min manat cərimələnib.
Bu barədə BAKU.WS-ə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, əmək hüquqlarının pozulması halları barədə vətəndaşlardan daxil olmuş müraciətlər əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Araşdırma zamanı "Az Deniz" MMC, "Miral" MMC və "DOSTLAR" MMC vəzifəli şəxsləri tərəfindən işçilərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.
Göstərilən faktlar üzrə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal, Nəsimi və Suraxanı rayon məhkəmələrinə göndərilib.
Məhkəmələrin müvafiq qərarları əsasında "Az Deniz" MMC və "DOSTLAR" MMC 20 min, "Miral" MMC isə 22 min manat məbləğində inzibati cərimə edilib.
Oxşar xəbərlər
Rusiyada Hüseyn Həsənovun şirkəti ləğv edildi
Rusiya Federal Vergi Xidməti bloqer Hüseyn Həsənovun şirkətini ləğv edib. Oxu.Az xəbər verir ki, bu barədə "Zvezdaç" "Telegram" kanalı məlumat yayıb. Bloqer şəx...
