Vətəndaşlara özünü "vəzifəli şəxs" kimi təqdim edərək sosial yardım vəd edən şəxsə hökm oxundu

Özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial yardımlarla bağlı işçi qrupunun rəhbəri kimi təqdim edərək vətəndaşlara qarşı dələduzluq cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
BAKU.WS Qaynarinfo-ya istinadən xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq - təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə mühakimə olunan İntiqam adlı şəxs 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
İş materiallarından aydın olub ki, təqsirləndirilən şəxs "TikTok" platformasında "sosial yardım üzrə yoxlama" səhifəsi yaradaraq bu məsələ ilə bağlı vətəndaşlara kömək edəcəyi barədə yalan təbliğat aparıb. Bununla o, bir neçə nəfərin diqqətini cəlb edə bilib.
Oxşar xəbərlər
Göyçayda istirahət mərkəzində müştəri kababı bəyənmədi: Ofisiantı DÖYDÜ
Göyçay rayonunda istirahət mərkəzində mübahisə dava ilə nəticələnib. BAKU.WS Demokrat.az-a istinadən xəbər verir ki, hadisə rayonunun Kürdşaban kəndində yerləşə...