Vətəndaşı hədələyib 250 dollarını aldı

Vətəndaşı hədələyib 250 dollarını aldı
Hadisə 91

Paytaxt sakininə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, DİN-in “102 Zəng Mərkəzi”nə zəng edən Bakı şəhər sakini E.Mehdiyev paytaxtın Nəsimi rayonu ərazisində bir nəfərin zor tətbiq edərək onun 250 ABŞ dollarını aldığını bildirib.

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş P.Abdullayeva müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər