Vətəndaş DİN-in binasının qarşısında özünü yandırıb, vəziyyəti ağırdır
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyinin (DİN) inzibati binasının qarşısında intihara cəhd olub.
BAKU.WS-in Report-a istinadla xəbərinə görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb.
Belə ki, orta yaşlı şəxs özünü yandırmağa çalışıb. Daha sonra ətrafda olan polis əməkdaşları yanğını söndürüb. Yaralı xəstəxanaya aparılıb.
DİN-in Mətbuat Xidmətindən “Report”a bildirilib ki, həmin şəxsin evinin həyətində inşa etdiyi qanunsuz tikili yerli idarəetmə orqanları tərəfindən sökülüb: “Vətəndaş da buna etiraz edərək DİN-in inzibati binasının qarşısına gələrək intihara cəhd edib”.
TƏBİB-dən Report-a bildirilib ki, yaralı Respublika Yanıq Mərkəzinə yerləşdirilib.
Qeyd olunub ki, mərkəzin reanimasiya şöbəsində olan şəxs II-III dərəcəli ağır yanıq xəsarətləri alıb.
Oxşar xəbərlər
Arvadını kənddə qonşu kişi ilə tutdu və ... - Azərbaycanda AĞLASIĞMAZ HADİSƏ
Qətl hadisəsi törətməkdə təqsirli bilinən Ağcabədi rayon sakini, 1971-ci il təvəllüdlü Musa Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS “publik...