Vətən müharibəsi qazisinin intiharı ilə bağlı rəsmi məlumat

Vətən müharibəsi qazisinin intiharı ilə bağlı rəsmi məlumat
Hadisə 966

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Psixiatriya bölməsində müalicə alan Vüsal Musayevin intihar etməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı sentyabrın 29-da Goranboy rayonunun Gülüstan kəndi istiqamətində olarkən düşmənin atdığı mərmi partlayışı nəticəsində xəsarət alaraq Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Psixiatriya bölməsində “partlayış travması, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət” diaqnozu ilə stasionar müalicə alan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər 1985-ci il təvəllüdlü Musayev Vüsal Eldar oğlunun 06 yanvar 2021-ci il tarixdə müalicə olunduğu xəstəxanada özünü asaraq intihar etməsi barədə Bakı hərbi prokurorluğuna məlumat daxil olmuşdur.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qablaşdırılaraq götürülmüş və təxirəsalınmaz hərəkətlər icra edilmişdir.

Fakt üzrə Bakı hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

Hazırda iş üzrə hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər