Vətən müharibəsi qazisi döyüldü - İki nəfər saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Qusarda Vətən müharibəsi qazisini döyən iki nəfər polis tərəfindən saxlanılıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Qusar şəhərində yerləşən kafedə şəhər sakinləri Samir Qaçayev və Teyfur Xankişiyevin xuliqanlıq zəminində oranın icarədarı, 2-ci Qarabağ müharibəsi qazisi, Mucuq kənd sakini, 1991-ci il təvəllüdlü Ruslan Kübərovu döyərək xəsarətlər yetirməsi müəyyən edilib.
Qeyd edək ki, R.Kübarov Vətən müharibəsindən sonra Cəbrayılın, Füzulinin, Kəlbəcərin, Şuşanın azad edilməsinə görə medalları, həmçinin "Şücaətə görə" medalı ilə təltif edilib.
Oxşar xəbərlər
Vətən müharibəsi qəhrəmanı Teyfur Rüstəmov yüksək vəzifəyə təyin edildi
Vətən müharibəsi qəhrəmanı, polkovnik Teyfur Rüstəmova yeni vəzifə verilib. Musavat.com-un əldə etdiyi məlumata görə, o, Azərbaycan Silahlı Qüvvələrinin Çindəki...