Vəhşicəsinə öldürülən direktoru kim əvəz edir? - FOTO
Bir neçə gün əvvəl ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədovun anası Pikə Bədəl qızı Əhmədova 59 nömrəli tam orta məktəbin direktoru olub.
Bəs P.Əhmədovanın vəzifəsini kim icra edir?
BAKU.WS xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, paytaxtdakı 59 nömrəli tam orta məktəbin direktor vəzifəsinin icrası məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Xalidə Nəbiyevaya həvalə edilib.
Gələcəkdə P.Əhmədovanın yerinə təyinat məsələsi ilə bağlı qurumdan qeyd edilib ki, ümumi təhsil müəssisələrinə direktor təyinatı işə qəbul üzrə müsabiqə əsasında həyata keçirilir.
Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun beş yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Ailəsini qətlə yetirməkdə şübhəli bilinən şəxs haqda daha bir ŞOK FAKT - VİDEO
“Əhməd oğluma beşbarmaqla zərbə endirib, sonra 18 bıçaqla xəsarət yetirdi“ Bakıda ata-anası, qardaşı, bacısı və onun azyaşlı qızını öldürməkdə şübhəli bilinən...