Bakıda DƏHŞƏT: Qatil məktəb direktorunu ailəsi ilə birlikdə baltalayıb öldürdü - YENİLƏNİB/VİDEO

Bakıda DƏHŞƏT: Qatil məktəb direktorunu ailəsi ilə birlikdə baltalayıb öldürdü - YENİLƏNİB/VİDEO
Video
Hadisə 1

Bu gün Bakıda 59 nömrəli tam orta məktəbin direktoru Bikə Əhmədova və 2015-ci il təvəllüdlü oğlu Məhəmməd Əhmədovla birlikdə qətlə yetirilən Mehman Əhmədov sabiq məmurdur.

BAKU.WS xəbər verir ki, bununla bağlı “Qaynarinfo” məlumat yayıb.

Bildirilib ki, 2022-ci ilə qədər “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur departamentinin rəisi vəzifəsini tutub.

Prezidentin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

***17:40

Bakıda oğlu tərəfindən qətlə yetirilən qadın məktəb direktoru olub.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, qətlə yetirilən Bikə Əhmədova Xətai rayonu 59 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışıb.

Hadisə ailənin Xətai rayonu, General Şıxlinski küçəsi 29 ünvanında olan evlərində qeydə alınıb. Ailədə olan münaqişənin qətllə nəticələndiyi bildirilir.

Ailənin böyük oğlu, 1999-cu il təvəllüdü Əhməd Əhmədov balta ilə anası Bikə Əhmədovanı, atası Mehman Əhmədovu və 2015-ci il təvəllüdlü Məhəmməd Əhmədovu qətlə yetirib.

Hadisə barədə polisə qonşular məlumat veriblər.Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, istintaq hərəkətləri aparılır.

***

Bakıda əri və övladı ilə birgə qətlə yetirilən Bikə Əhmədova məktəb direktoru olub.

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, B.Əhmədova Bakı şəhəri, Xətai rayonunda yerləşən 59 saylı orta məktəbin direktoru olub.

*** 17:10

Bakının Xətai rayonunda bir ailənin üç üzvü qətlə yetirilib.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 13-də saat 16:30 radələrində paytaxtın Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Bikə Bədəl qız Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Son xəbərlər