Vəfat edən oğlunun arvadını döyən qadına amnistiya tətbiq olundu
Şəmkirdə 60 yaşlı qadın vəfat edən oğlunun həyat yoldaşını döyüb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qaracəmirli kəndində baş verib.
Kənd sakini, 1966-cı il təvəllüdlü Əfayət Həsənovanın oğlu Şəhriyar 2024-cü ildə ürək çatışmazlığından qəfil vəfat edib. Onun ölümündən sonra qayınana ilə gəlin arasında mübahisələr başlayıb. Əfayət Həsənova oğluna məxsus avtomobili satmaq istəsə də, gəlini buna imkan verməyib. Şəhriyarın ölümündən sonra ona məxsus olan avtomobil həyat yoldaşının adına keçdiyi üçün gəlin avtomobilin satılmasına razılıq verməyib. Nəticədə Əfayət Həsənova qızını da köməyə çağıraraq, gəlini döyməyə başlayıblar.
Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib.
Şəmkir Rayon Məhkəməsində cinayət işi araşdrılaraq qərar verilib. Məhkəmənin qərarı ilə Ə.Həsənovaya "Konstitusiya və Suverenlik İli" münasibətilə elan edilən amnistiya aktı tətbiq edilib və cinayət işinə xitam verilib.
Oxşar xəbərlər
"Bakı Baş Səhiyyə Mərkəzi" PHŞ-nin əməkdaşı vəfat edib
"Bakı Baş Səhiyyə Mərkəzi" PHŞ-nin Maliyyə departamentinin Regional mühasibatlıq şöbəsinin 2-ci mühasibatlıq bölməsində mühasib vəzifəsində çalışan Pərvanə İsma...