“VAZ-2107” ilə avtoxuliqanlıq edib "tik-tok" çəkən şəxs saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatalada avtoxuliqanlıq edib, sosial şəbəkələrdə görüntülərini paylaşan sürücü müəyyən edilib.
Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan sürücünü saxlayıblar.
BAKU.WS xəbər verir ki, BDYPİ-dən apa-ya verilən məlumata görə, rayon sakini Ramazan Mahmudov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və həmin avtoxuliqanlıq hərəkətlərini “Tik-Tok” sosial şəbəkəsində paylaşıb.
Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə Ramazan Mahmudov barəsində qanunamüvafiq tədbir görülüb.
Oxşar xəbərlər
Zaqatalada "avtoş"luq edən şəxs saxlanıldı - VİDEO
Zaqatala rayonunda avtoxuliqanlıq edib sosial şəbəkələrdə görüntülərini paylaşan sürücü saxlanılıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmət...