Avtoxuliqanlıq edib, videosunu sosial şəbəkədə paylaşan sürücü həbs edilib - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan sürücünü saxlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, rayonun Çayarxı kənd sakini Əziz Yusifov idarə etdiyi VAZ-21011 markalı avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və toy karvanında etdiyi avtoxuliqanlıq hərəkətlərini “TikTok” sosial şəbəkəsində paylaşıb.
Həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Ə.Yusifov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda avtoxuliqanlıq edərək şəhərdə yarış təşkil edən şəxs saxlanıldı - ANBAAN VİDEO
Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə...