"Vaz 2106"nı narkotikin təsiri altında sürən sürücü həbs olundu

Vaz 2106nı narkotikin təsiri altında sürən sürücü həbs olundu
Hadisə 71

Cəlilabad rayonu ərazisində "Vaz 2106" markalı avtomobilin sürücüsü yol hərəkəti qaydasını pozduğu üçün yol polisi əməkdaşları tərəfindən ona "saxla" işarəsi verilib.

Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən Zamiq Səfərovun narkotik vasitədən istifadə etməsinə də şübhələr yarandığından onun tibbi müayinədən keçməsi təmin edilib.

Nəticədə həmin şəxsin psixotrop maddə metamfetamin və marixuana istifadə etdiyi müəyyənləşib.

Məhkəmənin qərarı ilə Z.Səfərov 15 gün müddətinə inzibati həbs olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər