Vasif Talıbov xəstələndi, Bakıdan həkimlər getdi
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan Muxtar Respublikasının rəhbərliyindən kənarlaşdırılan Vasif Talıbov evə qapanıb və heç bir yerə getmir.
Bu barədə Gununsesi.info-ya sabiq Ali Məclis sədrinə yaxın mənbələr bildirib.
Məlumata görə, şəkər xəstəliyindən əziyyət çəkən Vasif Talıbov üçün Bakıdan xüsusi həkim də Naxçıvana gəlib.
Talıbovu müayinə edən həkimin 2 gün muxtar respublikada qaldığı deyilir.
Başqa bir məlumatda isə Talıbovun hər iki övladının Rza və Seymurun onlara məxsus biznes strukturlarının satışına başladığı və buna görə, bir neçə dəfə ölkədən xaricə çıxdıqları bildirilir.
Oxşar xəbərlər
Vasif Talıbovun qardaşı saxlanılıb? - YENİLƏNİB - FOTO
Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbovun qardaşı, Naxçıvan MR prokurorunun müavini Məhərrəm Talıbovun saxlanılması barədə xəbərlər...