Valideynlərinin yanında sonuncu bayram oldu - Dəm qazı yenə CAN ALDI

Valideynlərinin yanında sonuncu bayram oldu - Dəm qazı yenə CAN ALDI
Video
Hadisə 4113

Bayram tətilini fürsət bilərək rayona istirahətə gedən şəxs faciənin qurbanı olub.

BAKU.WS xəbər verir ki, Zaqatalada 34 yaşlı kişi dəm qazından boğularaq ölüb.

Bakı şəhər sakini, 34 yaşlı Sənan Məmmədovun meyiti səhər saatlarında yaşadığı evin hamamında aşkarlanıb.

Yaxınları bildiriblər ki, ötən gecə hamama girən Sənan Məmmədov təxminən 3 saat sonra yaxınları tərəfindən cansız halda aşkar edilib.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, əslən Aşağı Tala kəndindən olan Sənan Məmmədov ailəli olub, 3 yaşlı əkiz övladı var. 

Mövzu ilə bağlı Xəzər TV-nin videomaterialını təqdim edirik:

Oxşar xəbərlər

Xırdalanda restoranda yanğın olub

Xırdalanda restoranda yanğın olub

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub. M...

130 Hadisə 22:26 25 mart 2025

Son xəbərlər