Uzunqulağın səbəb olduğu zəncirvari qəza ilə bağlı sürücü danışdı: "Bakıdan toydan qayıdırdım"
Goranboyda zəncirvari qəza baş verib.
BAKU.WS xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, magistralda hərəkətdə olan minik avtomobillərindən biri qarşısına çıxan uzunqulağı vurub. Daha sonra uzunqulaq digər avtomobilin önünə çıxıb. Zəncirvari qəza zamanı 4 avtomobil toqquşub.
"Bakıdan toydan qayıdırdım. Qarşımdakı avtomobil qəfil dayandı. Uzunqulağın qanı yola töküldüyü üçün maşını saxlaya bilmədim, sürüşərək önümdəki avtomobilə dəydim", - deyə sürücü Zahid Bayramov bildirib.
Faktla bağlı araşdırma aparılır.
Ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Dərnəgüldə yaşayış binasında YANĞIN SÖNDÜRÜLDÜ
Binəqədi rayonunda binada baş verən yanğın söndürülüb, xəsarət alan olmayıb. Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki,...