"Üstlərindən tanklarla keçdilər" - 20 Yanvar faciəsinin şahidi yaşadığı dəhşəti danışdı
"Sovet ordusunun törətdiyi vəhşiliklərin canlı şahidi olmuşam". Bu sözləri Baku TV-yə 20 Yanvar faciəsinin şahidi Vaqif Kərimli deyib.
Hadisə şahidi həmin gecə Bakıda baş verənləri xatırlayaraq bildirib ki, gecə saat birə 10-15 dəqiqə qalmış güllə səslərinə oyanıblar: "O gecə tanklar maşınların üzərindən keçib, insanlara atəş açılıb, günahsız adamların qanı yerə tökülüb".
Vaqif Kərimli qeyd edib ki, həmin faciə zamanı qonşuları ilə birlikdə "Semaşko" xəstəxanasının həyətinə gələrək yaralılara kömək ediblər: "Təcili yardım maşınları bir-birinin ardınca xəstəxanaya gəlirdi. Biz də yaralıları yuxarı qaldırmağa yardım edirdik. Xəstəxananın və ətraf ərazilərin işıqlarını söndürmüşdülər. Həkimlər şam işığında yaralılara yardım edirdilər".
Oxşar xəbərlər
Cəlilabadın bir sıra ərazilərində elektrik enerjisinin verilişi təmin olunub
Güclü qara baxmayaraq, "Azərişıq" ASC Cəlilabadda elektrik enerjisinin bərpasını davam etdirir. ASC-dən BAKU.WS-ə verilən məlumata görə, qar Cəlilabad rayonunun...