“Uşaqlığın son gecəsi” filminin aktyoru evində ölü tapıldı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Tanınmış aktyor, “Uşaqlığın son gecəsi” filmində rol almış Atakişiyev Qorxmaz Ələkbər oğlu vəfat edib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat veriblər.
Aktyorun meyiti Nərimanov rayonunda yaşadığı mənzildə aşkar edilib. İlkin məlumatlara əsasən, Qorxmaz Atakişiyevin ölümü meyitinin tapılmasından üç gün əvvəl baş verib. Sənətçi tək-tənha və acınacaqlı vəziyyətdə yaşayıb.
Məlumata əsasən, Q.Atakişiyevin bir oğlu və qızı var, lakin övladlarının ataları ilə münasibətləri qaydasında olmayıb.
Xatırladaq ki, Qorxmaz Atakişiyev “Uşaqlığın son gecəsi” filmində Zaur obrazının canlandırıb.
Oxşar xəbərlər
Bakıda toy günü dəhşətli hadisə: gülləni boynundan vurdu və...
Noyabrın 18-nə keçən gecə Şüvəlanda baş vermiş güllələnmə hadisəsi zamanı ağır xəsarət alan şəxs vəfat edib.BAKU.WS “publika.az”a istinadən xəbər verir ki, 1986...