Uşaq evində zorakılıq iddiası ilə bağlı DİN-dən açıqlama - YENİLƏNİB - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə paylaşılan həmin görüntülər 2017-ci ildə qeydə alınıb:
"Həmin iddialarla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılıb və fakt təsdiqini tapmayıb".
Qeyd edək ki, görüntülərin Şəki Qarışıq Tipli Uşaq Evində çəkildiyi bildirilirdi.
***10:33
Azərbaycanda yerləşən uşaq evlərinin birindən şikayət var.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər yayılıb.
Belə ki, uşaqlardan biri orada şiddət gördüyünü bildirib:
“Bizi çubuq, taxta ilə döyür, başımıza, belimizə vururlar. Bizi o qədər döyürlər ki, özümü asmaq istəmişəm”.
Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, sözügedən görüntülər paytaxt ərazisində yerləşən uşaq evlərindən heç birində çəkilməyib.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...