Uşaq bağçasında BİABIRÇILIQ - Elə qışqırdı ki...

Uşaq bağçasında BİABIRÇILIQ - Elə qışqırdı ki...
Video
Hadisə 772

Gəncə şəhərində fəaliyyət göstərən "Kuki Kids" uşaq bağçasından biabırçı görüntülər yayılıb.

Bu barədə oxuculardan biri BAKU.WS-in "qaynar xətti"nə şikayətlə müraciət edib.

Bildirilib ki, bağçanın sosial şəbəkə hesablarında uşaqların psixoloji şiddətə məruz qaldığı görüntü paylaşılıb. Videoda "müəllim" azyaşlılarla əyləncəli oyunlar oynayan zaman onlarla sərt rəftar edib və qorxudub. Daha sonra isə həmin video silinərək yerinə montajlanmış versiyası paylaşılıb.

Qeyd edək ki, bağça ilə əlaqə saxlamağa çalışsaq da təəssüf ki cəhdlərimiz uğursuz alınıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən isə BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, qurum özəl bağçalara nəzarət etmir.

Həmin görüntüləri təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər