Ürək tutması keçirən 66 yaşlı kişi alovun üstünə yıxılaraq yanıb öldü
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan şəhərində 66 yaşlı kişi ocağa yıxılaraq ölüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Naxçıvan şəhər sakini, 1959-cu il təvəllüdlü Arif Əli oğlu İsayev səhər saatlarında yaşadığı A.Zamanov küçəsi, ev 48 ünvanında yerləşən evin həyətində ağac parçalarını yandırıb.
Bir ay əvvəl ürək əməliyyatı keçirmiş A.İsayev yanmaqda olan ağac parçalarının üzərinə daha gur alışması üçün benzin tökmək istəyərkən ürəktutması keçirərək ocağın üzərinə yıxılıb. Hadisədən bir qədər sonra qonşuluqda yaşayan bacısı L.İsayeva həyətə gəlib və onun yanmış meyitini aşkar edib.
Faktla bağlı Naxçıvan Şəhər Prokrorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...