Ürək əməliyyatı keçirmiş kişi öldürüldü - Kürəkəni saxlanıldı

Ürək əməliyyatı keçirmiş kişi öldürüldü - Kürəkəni saxlanıldı
Hadisə 537

Sentyabrın 25-də Xaçmaz rayonunun Mürşüdoba kəndində qətl hadisəsi baş verib.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə zamanı Xudat şəhər sakini, 1973-cü il təvəllüdlü İlham Hüseynov öldürülüb.

Polis və prokurorluq əməkdaşları tərəfindən müəyyən edilib ki, ölüm faktı mübahisə zəminində qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Orxan Hacıbəlyev qayınatası İlham Hüseynovun sinə nahiyəsinə yumruq zərbəsi endirib. Aldığı xəsarət nəticəsində ürək əməliyyatı keçirmiş İ.Hüseynov hadisə yerində ölüb.

O.Hacıbəlyev şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. İstintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

Qazaxda onlayn qumar oynayan şəxs cərimə olundu

Qazaxda onlayn qumar oynayan şəxs cərimə olundu

Qazax rayonunda qumar oynayan şəxs inzibati məsuliyyətə cəlb edilib. BAKU.WS "Teleqraf"a istinadla xəbər verir ki, 1996-cı il təvəllüdlü Əkbər Vəliyev (ad və so...

48 Hadisə 20:43 31 dekabr 2025

Son xəbərlər