"Ural Airlines" şirkətin bort bələdçisi Ramin Ağayev də HƏLAK OLUB
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Hava Yollarının (AZAL) təyyarəsində sərnişin kimi uçan Ural Hava Yollarının ("Ural Airlines") bort bələdçisi Ramin Ağayev həlak olanların arasındadır.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiyaya məxsus aviaşirkətdən xəbər verilib.
Bundan əvvəl Ramin Ağayevin AZAL-ın J2-8243 nömrəli Bakı-Qroznı reysi ilə uçduğu təsdiqlənmişdi, lakin o, sağ qalanlar arasında idi.
Aviaşirkət onun yaxınlarına başsağlığı verib.
Xatırladaq ki, Azərbaycanın paytaxtı Bakıdan Qroznıya uçan AZAL-ın "Embraer" sərnişin təyyarəsi dekabrın 25-də səhər saatlarında Qazaxıstanın Aktau hava limanında qəzaya uğrayıb.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...