Universitetdə hadisə - Gənc qız xəstəxanalıq oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində hadisə baş verib.
BAKU.WS xəbər verir ki, universitetin “Rəssamlıq" fakultəsinin "Sənətşünaslıq” ixtisası üzrə təhsil alan 3-cü kurs tələbəsi Ləman Əsgərzadənin başına taxta düşüb.
Bildirilir ki, şəkilləri qurutmaq üçün istifadə edilən “planşet” taxta ehtiyatsızlıq səbəbindən gənc qızın başına düşüb.
Hadisə nəticəsində Ləman Əsgərzadə yaralanıb. Onu 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriblər. Xəstəxanadan BAKU.WS-ə bildiriblər ki, hazırda xəstə palatada müalicə alır. Onun vəziyyəti orta-ağırdır.
Ziya SƏCCADBAKU.WS
Oxşar xəbərlər
Bakıda hərbçiləri avtomobil vurdu - Yaralıların vəziyyəti ağırdır
Bu gün Xətai rayonu, Nobel prospektində iki hərbiçini - Vüqar Mahmudovu və Dəniz Qasımovu avtomobil vurub. BAKU.WS virtualaz.org-a istinadən xəbər verir ki, had...