Universitet müəllimi oğlunun qəbri üstündə vəfat etdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris departamentinin direktor müavini, dosent Ənvər İmanov oğlunun qəbri üstə vəfat edib.
Bu barədə Qaynarinfo-ya ali məktəbdən məlumat verilib.Ə.İmanov noyabrın 24-də oğlunun məzarını ziyarətə gedib. Qəbiristanlıqda alimin qəfildən halı pisləşib və ürəktutmasından dünyasını dəyişib. Qeyd olunub ki, əvvəllər onun səhhətində heç bir problem olmayıb. O, ötən gün universitetdə tələbələrə dərs deyib.
70 yaşlı Ə.İmanov müasir Azərbaycan pedaqogikasının inkişafında və təhsil təşkilatçılığında böyük xidmətləri olan görkəmli pedaqoq alim idi.
Xatırladaq ki, Ə.İmanovun övladı ötən il dünyasını dəyişib.
Oxşar xəbərlər
Elmar Məmmədyarova ağır itki - FOTO - YENİLƏNİB
Görkəmli alim, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli, Neft-Kimya Prosesləri İnstitutunun Sintetik yağların sintez və texnolo...