Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək "Tik-Tok"da xərclədi
Bakıda işlədiyi univermağın 70 min manata yaxın pulunu ələ keçirməkdə təqsirləndirilən və həmin pulun müəyyən hissəsini "Tik Tok" sosial şəbəkəsində tanışlarına hədiyyə kimi göndərən Nicat Abbasovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Nicat Abbasov altı il müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, o, əvvəl univermaqda operator daha sonra isə qeyri-rəsmi mühasib vəzifəsində işləyib. Təqsirləndirilən şəxs univermağın mal aldığı firmalara, fərdi sahibkarlara və təchizatçılara ödəniş edilməli olan 69 min 800 manat pulu mənimsəməkdə ittiham olunub.
Nicat Abbasov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsi ilə təqsirli bilinib.
Oxşar xəbərlər
Dayı və qardaşoğlu qəbir yeri baxmağa gedərkən qəzada öldü
Türkiyədə qəbir yeri baxmağa çıxan dayı və qardaşoğlu yol qəzasında həyatını itirib. BAKU.WS xəbər verir ki, hadisə dünən səhər Giresunun Bulancak rayonunda baş...