Ülviranın maşınına oğru girdi, görün nəyi aparıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Tanınmış aparıcı Ülvira Qarayevanın maşınına oğru girib.
BAKU.WS xəbər verir ki, o, bu barədə instaqram hesabında məlumat verib.
“Səhərüzü məhəllədə 3 maşının şüşəsini sındırıb, içinə giriblər. Mənim maşınından bir qab qəpik, bir böyük çanta kosmetika və bir də hay-hayı getmiş qulaqcıq aparıblar”, - o yazıb.
Qarayeva hadisə yerinə polis çağırıldığını bildirib:
“Abşeron RPİ-nin tədqiqatçısı hadisəni protokollaşdırdı, ərizəmizi aldı. İnanmıram oğru tapıla, məhəllədə kamera yoxdur, amma nə vaxtsa ələ keçsə, barmaq izləri ilə bu işdə də əlinin olduğu sübut olunar. Əsas məsələ - kosmetikanı neynirsən axı? Növbəti oğurluğa dodağını al qırmızı boyayıb gedəcəksən?”
Oxşar xəbərlər
Azərbaycanda qayınata gəlininə təcavüz etdi: "Zorla taxtın üzərinə oturdub..." - TƏFƏRRÜAT
Balakən rayonunda 1961-ci il təvəllüdlü Teymur Borboşov 2003-cü il təvəllüdlü gəlini Leylaya (ad şərti verilib - red.) təcavüz edib. BAKU.WS “teleqraf.com”a ist...