Ukraynada öldürülən azərbaycanlılar Göygöldə dəfn edilib - FOTO/VİDEO

Ukraynada öldürülən azərbaycanlılar Göygöldə dəfn edilib - FOTO/VİDEO
Foto Video
Hadisə 156

Fevral ayının 27-si Ukraynadan Moldovaya keçmək istəyən zaman naməlum silahlı dəstələr tərəfindən qətlə yetirilən soydaşlarımızın dəfn mərasimi başlayıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, dünyasını dəyişən həmvətənlərimiz Göygöl rayonunda Murovdağ qəbiristanlığında torpağa tapşırılır.

Xatırladaq ki, fevralın 27-si tarixində qohumluq əlaqələri olan 40 nəfərdən artıq həmyerlimiz 8 avtomobillə Odessa vilayətindən Moldova istiqamətində şəxsi təşəbbüsləri ilə təxliyyəyə çalışan zaman Kuçurqan sərhəd keçid məntəqəsində naməlum şəxslərin silahlı hücumuna məruz qalıb.

İsmayılov Rəhim Əli oğlu, onun qardaşı Nemət İsmayılov və Azər İsmayılov hadisə yerində, 25 yaşlı Camal Salmanov isə xəstəxanada dünyasını dəyişib.

Həmin şəxslər əslən Kəlbəcər rayonundandırlar və Gəncə şəhərində məskunlaşmışdılar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər