Ukraynada həlak olan həmyerlimizin nəşi niyə Azərbaycana gətirilməyəcək? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın Çerniqov şəhərində bir müddət əvvəl Rusiya ordusu tərəfindən atılan raket zərbələri nəticəsində yanaraq kül olan bir qrup şəhər sakininin DNT analizinin nəticəsi məlum olub. Onlardan ikisi azərbaycanlıdır.
Bu barədə Baku TV-də yayımlanan “Salam Baku” verilişində məlumat verilib.
Qeyd edilib ki, şəhərin ərazi müdafiə qüvvələrinin üzvü olan 1966-cı il təvəllüdlü Fəzail İsa oğlu Əsgərovun yanmış nəşi morqdan götürülərək dəfn edilib. Digər həlak olan azərbaycanlı isə Poltava sakini 1966-cı il təvəllüdlü Tofiq Məmməd oğlu Əsgərovdur.
Poltava Azərbaycanlıları Radasının sədri Füzuli Qəmbərovun sözlərinə görə, Tofiq Əsgərovun nəşi Azərbaycana gətirilməyəcək.
“Mərhum bu həftənin şənbə günü Poltavada dəfn ediləcək. Çünki onun ailəsi, yaxınları Ukraynada yaşayır”, - deyə o bildirib.
Daha ətraflı süjetdə:
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...