Ukraynada azərbaycanlı merə bıçaqlı hücum edildi

Ukraynada azərbaycanlı merə bıçaqlı hücum edildi
Hadisə 24

Ukraynanın Dnepropetrovsk vilayətinin Pyatixatki şəhərinin meri, əslən azərbaycanlı olan Hilal İsayev bıçaqlı hücuma məruz qalıb.

BAKU.WS xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yerli polisə istinadən məlumat yayıb.

Hadisənin mayın 26-sı səhər saatlarında baş verdiyi bildirilib. Məlumata görə, 61 yaşlı mer ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onun sinə nahiyəsindən xəsarət aldığı qeyd olunur.

Hücum edən şəxsin hadisə yerindən qaçdığı, hazırda polis tərəfindən axtarıldığı bildirilib.

Yerli KİV-in yazdığına görə, hücum edən şəxs fermer olub və hadisə merin iş otağında baş verib.

Qeyd edək ki, Hilal İsayev Dnepr Dövlət Aqrar-İqtisad Universitetinin məzunudur. O, uzun illər kənd təsərrüfatı sahəsində fəaliyyət göstərib, "Kaspi" adlı özəl müəssisəyə rəhbərlik edib. 2015-ci ildə "Batkivşina" partiyasından Dnepropetrovsk Vilayət Şurasına deputat seçilən İsayev, 2020-ci ildən Pyatixatki şəhərinin meri vəzifəsində çalışır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər