Ukrayna dronları bir gecədə Azov dənizində 28 Rusiya gəmisini vurdu
Ukrayna Silahlı Qüvvələrinin zərbə pilotsuz aviasiya sistemləri briqadalarının döyüşçüləri iyulun 11-nə keçən gecə Azov dənizində Rusiya Federasiyasının "kölgə donanması"na məxsus 28 gəmini vurub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı mayor Robert "Madyar" Brovdi öz "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, 21 tanker, 5 yedək gəmisi (buksir), iki yük gəmisi və bir xüsusi üzmə qurğusu vurulub. Hərbçi əlavə edib ki, ümumilikdə 73 hədəfə effektiv zərbə qeydə alınıb.
"Madyar" statistikanı paylaşıb və bildirib ki, 6 gün ərzində, 6-11 iyul tarixlərində Ukrayna döyüşçüləri 76 gəmini vurublar.
"Neft "kölgə donanması" nəzərəçarpacaq dərəcədə azalır", - deyə "Madyar" qeyd edib.
Oxşar xəbərlər
Qohumların yanında arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
Ağstafa rayonunda həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməyə cəhd göstərmiş 1992-ci il təvəllüdlü Pərviz Bayramlıya (soyad şərtidir) hökm oxunub. BAKU....