Ucar sakini dayısının obyektini yandırdı
Ucarda bacıoğlu dayısının mağazasını yandırıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Alpout kəndində baş verib.
Kənd sakini, 1965-ci il təvəllüdlü Musa Qalib oğlu Əhmədova məxsus, ümumi sahəsi 500 kvadratmetr olan ərzaq mağazasında güclü yanğın baş verib.
Hadisə zamanı tikilinin 440 kvadratmetri əşyaları ilə birlikdə yanıb. Mağazanın sahibinin sözlərinə görə, bir neçə firmaya məxsus 17 soyuducu və ərzaq məhsulları yanaraq yararsız vəziyyətə düşüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Ucar Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində mağazanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
M.Əhmədovun bacısı oğlu, 1978-ci il təvəllüdlü İlham Abbas oğlu Həsənov mağazanı qəsdən yandırdığını etiraf edib. O, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Qadın sahibkarın ölkədən çıxışına "stop" qoyuldu: 100 min manatdan çox borc
Külli miqdarda vergi borcu olan qadın sahibkarın ölkədən çıxışına məhdudiyyət qoyulub. BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, 69 yaşlı R.İsrafilovanın adın...