Üç gün əvvəl Gəncədə mənzildə baş verən partlayışda xəsarət alan usta xəstəxanada ölüb
12
okt
2025
10:23
Oktyabrın 9-da Gəncə şəhərində yaşayış binasında baş verən partlayışda xəsarət alan şəxslərdən bir xəstəxanada ölüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində ağır xəsarət alan usta, 1989-cu il təvəllüdlü Elnur Qurbanov müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, oktyabrın 9-da beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzildə yanğınla müşayiət olunan partlayış baş verib. Hadisə nəticəsində E. Qurbanovdan əlavə daha bir nəfər də xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir
Gəncədə bıçaqlanma hadisəsi olub. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, şəhər sakini, 1993-cü il təvəllüdlü Esmira Məmmədova bıçaq xəsarəti ilə xəstəxanaya...