Türkiyədə qurma videoya görə saxlanılan məşhur azərbaycanlı "youtuber" danışdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə yaşayan azərbaycanlı "youtuber" Fariz qurma videoya görə saxlanılıb.
BAKU.WS xəbər verir ki, "Bağcılarda salfet satan uşaq" adlı videonun saxta olduğu məlum olub.
Bu əməli ilə bir anda Türkiyə mətbuatının gündəminə düşən Fariz saxtakarlıq etdiyi üçün saxlanılıb. 524 min abunəçisi olan "youtuber" Farizin videosuna yüz minlərlə insan baxıb.
Videoda salfet satan uşağın əslində heç bir maddi problemi olmadığı məlum olub. Ailə maddi çətinlik çəkmədiklərini və hadisənin tamamilə uydurma olduğunu bildirib.
Farizin qurma video çəkdiyi üçün haqqında araşdırma aparılır. Bloger öz kanalında daha bir video çəkib və özünü müdafiə edib.
Həmin videonu təqdim edirik:
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...