Sanitar-gigiyena qaydalarını pozanlar cərimələniblər - FOTO

Sanitar-gigiyena qaydalarını pozanlar cərimələniblər - FOTO
Foto
Hadisə 125

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarına riayət edilməsi sahəsində nəzarətin gücləndirilməsinə dair Tədbirlər Planına uyğun olaraq Bakı şəhəri ərazisində reydlər keçirib.

Bu barədə BAKU.WS Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, reydlər zamanı Nərimanov rayonunun Əliyar Əliyev küçəsində məişət tullantılarının qalaqlanmasına görə Xətai rayon sakini Əli Hüseynov, eləcə də Binəqədi rayonunun Binəqədi-Novxanı yolunda idarə etdiyi yük avtomobilində məişət tullantıları boşaltdığına görə paytaxt sakini Elmar Astanov İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə müəyyən edilərək hər biri 600 manat cərimə olunublar.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Oxşar xəbərlər

Polisdən XƏBƏRDARLIQ – bunu etsəniz cərimələnəcəksiz

Polisdən XƏBƏRDARLIQ – bunu etsəniz cərimələnəcəksiz

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi respublikanın şəhər və rayonlarında, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələr...

3308 Hadisə 17:58 20 iyun 2018

Son xəbərlər