Türkiyədə dəhşətli hadisə - Nəvə 93 yaşlı nənəsini döyərək öldürdü
Yeniliklərdən dərhal xəbərdar olun
İstanbulun Arnavutköy rayonunda 93 yaşlı qadın nəvəsi tərəfindən qətlə yetirilib.
BAKU.WS xəbər verir k, hadisəni törətməkdə şübhəli nilinən Volkan G. nənəsini "gəzməyə çıxarmaq" bəhanəsi ilə evdən apararaq bastonla döyərək öldürüb.
Məlumata görə, Fatma Demircan bir müddətdir nəvəsi Volkan G. ilə birlikdə yaşayırmış. Qadının itkin düşməsi ilə bağlı müraciətdən sonra aparılan araşdırmalar zamanı Volkan G. evdə biləkləri kəsilmiş və huşsuz vəziyyətdə tapılıb. O, xəstəxanaya yerləşdirildikdən sonra polisə ifadə verib.
Şübhəlinin ifadəsinə əsasən, o, nənəsini avtomobillə gəzintiyə aparıb, mübahisə zamanı bastonla vuraraq öldürüb və cəsədi Arnavutköyün Balaban kəndində boş əraziyə atıb. Daha sonra cəsədi basdırmaq üçün alətlər aldığı da müəyyən edilib.
Polis əməkdaşları Terkos gölü ətrafında apardıqları axtarışlar zamanı mərhuməyə aid geyim və saç nümunələri aşkarlayıb.
Faktla bağlı Volkan G. ilə yanaşı daha 4 nəfər saxlanılıb, araşdırma davam etdirilir.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...