Türkiyədə azərbaycanlı qadın uşaqlarının gözü önündə döyüldü - ANBAAN VİDEO

Türkiyədə yaşayan azərbaycanlı qadın evinə gələn qonşusu tərəfindən uşaqlarının gözü önündə hücuma məruz qalıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, azərbaycanlının qapısını döyən qonşu səs-küydən şikayətlənib. Mübahisə qısa zamanda böyüyərək davaya çevrilib.
Həmin anlar evdə quraşdırılmış təhlükəsizlik kamerasına əks olunub.
Kadrlarda azərbaycanlı qadının uşağının bu hücumdan qorxaraq ağladığı və anasının onu sakitləşdirmək istədiyi görünür. Bu zaman qonşu uşağının gözü qarşısında onun saçlarını yolub. Davaya müdaxilə etmək üçün araya girən başqa bir kişinin cəhdi isə gərginliyi azaltmaq əvəzinə daha da artırıb.
Şiddətə məruz qalan azərbaycanlı qonşusundan polisə şikayət edib və hadisə səbəbindən uşaqlarının böyük qorxu yaşadığını bildirib.
Hüquq-mühafizə orqanları insidentlə bağlı araşdırmaya başlayıb.
Oxşar xəbərlər
Bankdan oğurluq edənlərə ağır cəza verildi
"BTB Bank" ASC-nin müştərilərinin depozit otağından 316 min manat və 32 min ABŞ dolları nağd pul oğurlamaqda təqsirli bilinən Aleksey Babayev və Sergey Qrinkevi...
