Türkiyədə 70 kq qızılla ələ keçən azərbaycanlının SAXLANILMA ANI

23
noy
2024
14:50
Türkiyənin İstanbul şəhərində "Vadi İstanbul" ticarət mərkəzinin yaxınlığında taksidə üzərində 70 kiloqram qızılla saxlanılan azərbaycanlının saxlanılma anının kadrları yayılıb.
BAKU.WS xəbər verir ki, bu barədə görüntüləri "Anadolu Ajansı" paylaşıb.
Bildirilib ki, Türkiyə mətbuatında M.Q.Ş. kimi təqdim edilən şəxs qızıl qaçaqmalçılığı ilə bağlı ittiham olunur.
Azərbaycanın müvafiq dövlət qurumları məsələnin ciddiliyini nəzərə alaraq onu dərhal ölkəyə geri çağırıb və barəsində araşdırmalara başlayıb.
Oxşar xəbərlər
Həftəsonu xeyli sayda silah-sursat aşkarlanıb
İyunun 7-də və 8-də polis əməkdaşları növbəti əməliyyat tədbirləri həyata keçirib. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildi...
