Türkiyə vətəndaşı Azərbaycanda qəzaya düşdü

Bakı-Qazax yolunda avtoqəza olub.
BAKU.WS Oxu.Az-a itinadən xəbər verir ki, TIR aşıb və daşıdığı yük magistral yola dağılıb. Hadisə yerinə Dövlət Yol Polisinin (DYP) əməkdaşları cəlb olunublar.
Hadisə ilə bağlı açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi polis polkovnik-leytenantı Mübariz Ağayev qəzanın martın 11-i saat 23:30-da Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 120-ci kilometrliyində, Hacıqabul rayonu ərazisində qeydə alındığını deyib.

"Türkiyə Respublikasının vətəndaşı Gösəddin Ocakın sürücüsü olduğu "Mercedes" markalı yük avtomobili idarəetmədən çıxaraq yolayrıcı beton konstruksiyalı maneəyə çırpılaraq aşıb.
Qəza nəticəsində xəsarət alan olmayıb. Əraziyə YPX əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır", - deyə M.Ağayev bildirib.

Oxşar xəbərlər
Bakıda sürücülər arasında DAVA: Bir nəfər ürəyindən bıçaqlandı
Paytaxtın Xəzər rayonunda qətl hadisəsi baş verib. Hadisə rayonun Binə qəsəbəsində qeydə alınıb. Məlumata görə, 1973-cü il təvəllüdlü Səlim Əliyev ilə taksi sür...