Türkiyədə terror: 8 əsgər şəhid oldu (VİDEO, FOTO)

Türkiyədə terror: 8 əsgər şəhid oldu (VİDEO, FOTO)
Video
Hadisə 1040

Türkiyənin Hakkari rayonunun Şəmdinli qəsəbəsində yerləşən hərbi postda terror aktı baş verib.

"Hürriyyet" xəbər verir ki, bomba yüklənmiş avtomobillə posta hücum nəticəsində 8 əsgər şəhid olub.

Hücumu PKK terror təşkilatının törətdiyi bildirilir. 

Hadisə zamanı aralarında mülki şəxslər də olmaqla, 7 nəfər yaralanıb. Türkiyə Silahlı Qüvvələrinin yaydığı məlumatda yaralananlardan 5-nin hərbçi olduğu bildirilir.  

Partlayışdan sonra ərazidə 5 metr dərinliyində və 10 metr enində böyük çuxur yaranıb. Hadisədən dərhal sonra qəsəbədə havadan dəstək verilən geniş miqyaslı antiterror əməliyyatı başlayıb. 

Əraziyə çoxlu sayda təcili yardım maşını cəlb edilib. Yaralılar Şəmdinli və Yüksəkova dövlət xəstəxanalarına aparılıblar.

Report

BAKU.WS

Oxşar xəbərlər

Türkiyədə daha bir terror: 3 şəhid, 73 yaralı (VİDEO)

Türkiyədə daha bir terror: 3 şəhid, 73 yaralı (VİDEO)

Türkiyənin Van şəhərində terror hadisəsi baş verib. BAKU.WS-in məlumatına hörə, polis şöbəsinin yerləşdiyi binaya partlayıcı ilə dolu avtomobillə gələn terror...

1425 Hadisə 09:21 18 avqust 2016

Son xəbərlər