Türkiyədə növbəti terror aktı (VİDEO)

Türkiyədə növbəti terror aktı  (VİDEO)
Video
Hadisə 2314

 

Ötən gün Türkiyənini Şanlıurfa şəhərinin Viranşəhər bölgəsində terror aktı həyata keçirilib. 

BAKU.WS-in türk mətbuatına istinadən verdiyi xəbərdə bildirlir ki, törror aktı dünən gecə 20.30 radələrində baş verib. Partlayış şəhərin hakimi və məmurlarının evinə yaxın ərazidə olub. Hadisə zamanı zabit oğlu 11 yaşındaki Ahmet Oktay Günak ile məhəllə gözətçisi İbrahim Kete həlak olub, 15 nəfər isə yaralanıb.

PKK-lı  tertorçu tərəfındən  evlərin həyətində park edilen bomba yüklü avtomobil uzaqdan idarəetmə ilə partladılıb. Baş verən partlayış o qədər güclü olub ki, çevrədə olan binalar və park halında olan maşınlara zərər dəyib.  Aşıqlamalara görə terrorçunun 18-20 yaşlarında olduğu ehtimal edilir. 

Məlumat daxil olan kimi əraziyə polis, terrorla mübarizə idarəsinin əməkdaşları, həkimlər, yanğınsöndürənlər və xilasedicilər cəlb olunub. Hadisənin baş verdiyi Yenişehir Məhəlləsi adlanan ərazi nəzarətə götürülüb.

Yaralılar təcili olaraq xəstəxanalara yerləşdirilib.

Faktla bağlı polis araşdırmalara başlayıb.

Arzu Mirzəyeva

BAKU.WS

Türkiyədə növbəti terror aktı  (VİDEO)

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər