Türkiyədə dəhşətli qəza: Azərbaycanlılar öldü (VİDEO)

Türkiyədə dəhşətli qəza: Azərbaycanlılar öldü (VİDEO)
Video
Hadisə 4949
 

Türkiyədə azərbaycanlılar ağır yol qəzasına düşüblər.

BAKU.WS-in Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, avtoqəza Azərbaycanla Türkiyənin sərhədində - Naxçıvana yaxın ərazidə baş verib.

Qəza nəticəsində iki nəfər həlak olub, daha üç nəfər xəsarət alıb.

Türkiyə KİV-nin məlumatına görə, Azərbaycan dövlət nömrə nişanlı avtomobil Naxçıvana gedərkən qəzaya uğrayıb. Hələlik həlak olanların şəxsiyyəti müəyyənləşdirilməyib.

Qeyd olunduğuna görə, sürücü idarəetməni itirib və maşın yoldan çıxıb. Bir neçə dəfə aşmış avtomobilin sərnişinləri nəqliyyat vasitəsindən kənara düşüblər.

Yaralılar xəstəxanaya çatdırılıb. Ölənlərin azərbaycanlı olduğu bildirilir.

BAKU.WS

Son xəbərlər