Türkiyədə 2 uşaq anası azərbaycanlı qadını döyüb bu günə saldılar (FOTO)
Türkiyədə Azərbaycan əsilli türk vətəndaşı Elmira boşandığı həyat yoldaşı tərəfindən vəhşicəsinə döyülüb.
BAKU.WS-in məlumatına görə, hadisə Antalya şəhərində baş verib. Qadının əvvəlki əri Elmiranı qışqırıb qaçmaması üçün əllərini, ayaqları və ağzını bağlayıb. Talehsiz qadın ölümdən anasına göndərdiyi bir mesajla xilas olub.
2 uşaq anası Elmira evinə gizlicə girən həyat yoldaşı tərəfindən öldürülməklə təhdid edilib. Adı açıqlanmayan ər qadının qolunu qırıb və onu o ki var əzişdirib. Bu hadisədən sonra gözü qorxan qadın evinin qapısını dəfələrlə kilitlədiyini və yanından bıçaq gəzdirdiyini söyləyib.
Başına gələnləri həyəcanla danışan qadın sözlərinə belə davam edib: "Mənə vurduğu o an özümdən getdim. Oyananda kreslonun üzerində idim və əllərimi, ayaqlarımı, ağzımı bağlamışdı. Məni öldürmək istəyirdi. Hadisə zamanı anama gizilincə mesaj yazdım. Bundan sonra anam polisə xəbər verib və məni xilas ediblər. Sağolsun qonşular indi tez-tez gəlib mənə nəzarət edirlər".
BAKU.WS
Oxşar xəbərlər
İŞİD-dən yeni "fətva": 10 terrorçu təcavüz etsə müsəlman olacaqsınız
İŞİD terror təşkilatının əlindən qaçan iki yezidi kürd başına gələnləri danışıb. BAKU.WS-in məlumatına görə, iki gənc qadın başlarına gələn dəhşətli hadisələr...