Türkiyə sərhədində güclü partlayış: 50 ölü, 140 yaralı - VİDEO
Suriyanın Türkiyə ilə sərhədi yaxınlığındakı Haseke vilayətinin Qamışlı rayonunda bomba yüklü avtomobilin partladılması nəticəsində 50 nəfər ölüb, 140 nəfər yaralanıb. Otuzdan çox binaya ciddi ziyan dəyib.
BAKU.WS Anadolu Agentliyinə istinadla xəbər verir ki, partlayışın təsirindən Türkiyənin Mardin vilayətindəki Nusaybin şəhərində də iki nəfər xəsarət alıb.
Bomba PKK terror təşkilatının Suriyadakı bölməsi olan PYD-yə aid qərargah binasının yanında işə salınıb.
Partlayış nəticəsində ölənlərin sayının artacağı istisna edilmir. Suriya dövlət televiziyası hadisə nəticəsində 22 nəfərin öldüyünü bildirib.
İŞİD terror qruplaşması hadisə ilə əlaqədar məsuliyyəti öz üzərinə götürüb.
BAKU.WS
Oxşar xəbərlər
Türkiyədə yenə qanlı terror (VİDEO)
Türkiyədə bu gün yenidən terror hadisəsi törədilıib. Bu dəfə terror aktının ünvanı Mardin şəhərində baş verib. Midyatda Bahçelievler məhəlləsi Nusaybin küçəsind...