Türk qadın avtobus dayanacağından 25 min AZN tapdı və... - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Dünən axşam saatlarında İstanbulun Edirnəkapı səmtində gəzintiyə çıxan Hənifə Öndər adlı qadın avtobus dayanacağında 25 min AZN pul tapıb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, sarı paketdə olan pulun sahibsiz olduğunu görən Öndər Eyüp Polis İdarəsinə müraciət edib. Bununla da kifayətlənməyən qadın sosial şəbəkədə elan verib:
''Belə bir halla qarşılaşan hər kəsin bu davranışı etməsini gözləyirəm. Polis məmuru və dostlarım bu hərəkətimə görə məni təbrik ediblər. "Pul üçün adam öldürürlər, nümunəvi davranışınıza görə sizi təbrik edirik",- dedilər. Pulun sahibi tapılsa, tanış olmaq istəyirəm. İnşallah, pul sahibinə çatar. Restoranda işləyirəm, açpaz köməkçisiyəm. Alın tərimizlə qazandığımız pulu yeyirik”, - Hənifə Öndər əlavə edib.
KÜRŞAD ƏLİ
BAKU.WS
Oxşar xəbərlər
“Kara Sevda”da ayrılıq
"Kara Sevda” serialında "Öndər” obrazını canlandıran Kürşat Alnıaçık yeni mövsümdə olmayacaq. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Dir...