"Türk Hava Yolları"nın təyyarəsi Bakıya təcili eniş edib

23
avq
2023
09:47
Manila-İstanbul reysini həyata keçirən Türk Hava Yollarına məxsus təyyarənin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
BAKU.WS xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, buna səbəb təyyarədə olan sərnişinin vəziyyətinin kəskin pisləşməsi (45 yaşlı qadında ürəktutması) olub.
“Airbus A350” təyyarəsi yerli vaxtla saat 3:30-da Bakı hava limanına eniş edib.Sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib.
Təyyarə yerli vaxtla saat 5:07-də Bakıdan İstanbula yola düşüb.
Oxşar xəbərlər
Almatı-Tbilisi reysini həyata keçirən təyyarə Bakı hava limanına eniş edib
Almatı-Tbilisi reysini həyata keçirən təyyarə Bakı hava limanına eniş edib. Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib....