Tural Sadıqlı, Qurban Məmmədov və digərlərinin cinayət işi məhkəmə baxışına verilib
Xaricdə yaşayan bloggerlər Qurban Məmmədov, Tural Sadıqlı, Elşad Məmmədov və Süleyman Süleymanlının cinayət işi məhkəmə baxışına verilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə qiyabi formada keçirilən prosesdə qərar verilib.
Qərara əsasən, məhkəmənin baxış iclası noyabrın 21-nə təyin olunub.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 214-2,-ci ( Terrorçuluğa açıq çağırışlar), 220.2-ci (Kütləvi iğtişaş, Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 281.2-ci ( Silahlı qiyam, Eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə), 320.1 -ci (Rəsmi sənədi saxtalaşdırma) maddələri ilə ittiham olunurlar.
Onlar ölkə xaricində olduqlarına görə barələrində məhkəmə qərarı ilə qiyabi həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Mingəçevirdə müəmmalı ÖLÜM: meyitini gecə küçədən tapdılar
Mingəçevirdə küçədən meyit tapılıb. BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə gecə saat 1 radələrində Samux küçəsində qeydə alınıb. Şəhər sakini olan 5...