Tunelə dolan yağış suları sürücülərə çətin anlar yaşadır
Yeniliklərdən dərhal xəbərdar olun
Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral yolunun 5-ci kilometrliyində yerləşən tuneli yağış suları basıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Şikayətçinin sözlərinə görə, hər dəfə yağış yağanda sözügedən ərazidə yağış suları yığılır:
"Biz bu yolun belə bərbad vəziyətdə olduğu üçün gedib Türkan dairəsi adlanan ərazidən fırlanıb gəlirik. Bu da Əlavə 7 km getmək və 7 km gəlmək deməkdir. Nəticədə yolumuzu 14 km niyə uzatmalı oluruq. Heç bir rəsmi qurum problemimizi həll etmir".
Sözügedən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...