Tüfeyli həyat tərzi keçirən qadın və uşaqları ilə bağlı RƏSMI AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Abşeron rayonu, Xırdalan şəhərində 4 azyaşlı uşağın antisanitariya vəziyyətində yaşamaları barədə məlumatlar yayılıb.
Baş Prokurorluqdan BAKU.WS-ə verilən məlumata görə, qeyd edilən məlumat əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılmaqla müəyyən edilmişdir ki, 1986-cı il təvəllüdlü Rahilə Məmmədovanın tüfeyli həyat tərzi keçirməsi səbəbindən azyaşlı uşaqları antisanitariya şəraitində yaşayıblar.
Eyni zamanda, Rahilə Məmmədovanın qanunsuz hərəkətləri hazırda azyaşlı uşaqlarının həyatı üçün təhlükə yaratdığından Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən mülki-prosessual və ailə qanunvericiliyinin tələblərinə müvafiq olaraq onun valideynlik hüququnun məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciətin təqdim edilməsi nəzərdə tutulub.
Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcəkdir.
Oxşar xəbərlər
Bərdədə uşağın əllərini yandıran ana barədə cinayət işi açıldı
Baş Prokurorluq Bərdə rayonunda 7 yaşlı uşağın anası tərəfindən əllərinin yandırılması ilə bağlı məlumat yayıb. Prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə veri...