Tufan Bakı-Naxçıvan reysini yarımçıq qoydu
06
may
2022
19:15
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 255 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib.
BAKU.WS AZAL-ın yaydığı məlumata istinadən xəbər verir ki, təyyarə saat 18:42-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.
Oxşar xəbərlər
Hava şəraitinə görə Bakı-Naxçıvan təyyarəsi geri qayıtdı
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı əlverişsiz hava şəraitinə (güclü duman) gör...